XİN Nalbandyana cavab verdi: “Ermənistanın qeyri-ciddiliyində Nalbandyanın “xidmətləri” böyükdür“

    6
    Bir tərəfdən Ermənistan xarici işlər naziri riyakarcasına Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesində iştirakından danışır, digər tərəfdən bu kimi təxribat əməlləri ilə Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini və ümumiyyətlə danışıqlar prosesini pozur. Danışıqlar prosesində irəliləyişin olmamasının səbəbi də bundadır. Azərbaycan dəfələrlə bildirib ki, Ermənistanın cəzasızlıq sindromuna son qoymaq və münaqişənin tezliklə həlli məqsədilə danışıqlarda ciddi surətdə iştirak etməsi üçün Ermənistana zəruri siyasi-diplomatik təzyiqlər göstərilməlidir.