Baş nazir də vəzifədən gedir – daha kimlər kürsüsünü itirəcək

    9
    Bəzi iddialara görə, Gömrük Komitəsinin də ləğv edilərək səlahiyyətlərinin bir qisminin “ASAN xidmət” və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Belə ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Böyük ehtimalla İslam Oyunlarından sonra Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi müzakirə edilir. Nəqliyyat Nazirliyinin ləğv edilməsi ilə bu dəyişikliklərə start verildi və qarşıdakı günlərdə yeni kadr və struktur dəyişikliklərinin olacağı gözlənilir. Anlaşılan budur ki, media üçün də yazmağa və təhlil etməyə xeyli mövzular olacaq…/musavat.com/