Fərqli dəyərləri özündə birləşdirən Aİİ ilə Aİ arasında “Ermənistan körpüsü“

    9
    Beləliklə, Ermənistanın mövcud şərtlər daxilində özünün geosiyasi statusunu yüksəltmək iddiası hər şeydən əvvəl xülyadır. Ancaq onun üçün bir çıxış yolu var. Əgər rəsmi Yerevan işğal etdiyi Azərbaycan ərazilərini tərk etsə, onda Bakı onun üçün əlavə şərait yarada bilər. Tədricən müxtəlif beynəlxalq layihələrə qoşulmaqla Ermənistan sivil proseslərə qoşula bilər. O halda yenə də Azərbaycanın irəli sürdüyü əməkdaşlıq formatları çərçivəsində Yerevan dünya ilə hansısa real əlaqələr sistemi qurmaq üzərində düşünə bilər. Nəticədə, Cənubi Qafqazın bir ölkəsi kimi Ermənistan həm də Aİ-Aİİ münasibətlərində hansısa ciddi rol oynaya bilər. Başqa halda onun istənilən addımı iflasa uğrayacaqdır./newtimes.az/