“Bələdiyyələrlə bağlı şikayətlərin sayı artıb” – PA şöbə müdiri

    21
    “Bələdiyyə orqanlarının fəaliyyəti ilə əlaqədar şikayətlərin sayı isə əvvəlki illə müqayisədə nisbətən 23,5 faiz artıb. Təəssüf ki, bələdiyyələrin fəaliyyətində hələ nöqsanlar çoxdur, xüsusilə onların torpaqlardan istifadə haqqında qanunvericiliyin icrasında və digər məsələlərdə yol verdikləri qüsurlar narahatlıq doğurur. Keçən il 50-dən artıq bələdiyyə sədri məsuliyyətə cəlb edilib. Bütövlükdə isə il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar şikayətlər Gəncə, Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xəzər, İmişli, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəmkir, Ucar, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan daxil olub. Mingəçevir, Xətai, Qax, Pirallahı şəhər və rayo