Ali Məhkəmə AXCP rəsmisinin cəzasını azaldıb

    18
    Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Asif Yusiflini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Daha sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan qərarın ləğv edilməsi və bəraət verilməsi istənilib. Ali Məhkəmədə onun cəzası 1 il 6 ay azaldılıb. Ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib./lent.az/