İpoteka Fondunun istiqrazları təcili geri qaytarıldı

    15
    AMB-dən verilən açıqlamada bildirilir ki, AİF-in yaradılması haqqında ölkə prezidentinin 27 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq qurum fondun istiqrazlarının likvidliyinin təmin olunmasına dəstək verir. Fərmanın icrasını təmin etmək məqsədi ilə, eyni zamanda ipoteka kreditləşməsinin sosialyönümlü layihə kimi əhəmiyyəti nəzərə alınaraq 10 mln. manatlıq istiqrazların təkrar bazarda alışı həyata keçirilib. /report/