Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? – RƏSMİ AÇIQLAMA

    9
    A.Əhmədov bildirib ki, məktəblərdə təmayül siniflər yaradılarkən adi siniflər də təşkil edilir. Təmayül siniflərdə oxuya bilməyən şagirdlər könüllülük əsasında adi siniflərdə təhsillərini davam etdirə bilərlər. A.Əhmədov əlavə edib ki, ümumiyyətlə, TN təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək: “Biz çalışacağıq ki, bu proses problemsiz olsun və şagirdlərin mənafeyi gözlənilməklə həyata keçirilsin. Biz təhsil şöbələrinin müdirlərinin, ondan əvvəl təhsil şöbəsinin bu işə məsul olan işçilərinin iştirakı ilə dəfələrdə yığıncaq keçirmişik. Bu məsələ ilə bağlı yerlərdə izahat işləri aparılır, amma bu işi müəyyən mənada əksinə başa düşən insanlar da var. Ona görə belə narazılıq doğuran məsələ yaranır. Əsas məqsəd ilk növbədə şagirdlərin mənafeyinin təmin olunmasıdır. Çalışacağıq ki, bütövlükdə ümumi mənafeyə ziyan dəyməsin və problemlər yaranmasın. Yaranacaq istənilən problemi aradan qaldırmağa çalışacağıq”. /Trend/