Ölkəyə giriş-çıxış və qeydiyyatla bağlı dəyişiklik – YENİ FƏRMAN

    9
    “11.7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası – “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mərkəzləşdirilmiş kredit reyestrində qeydiyyata alınan şəxslər, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinə dair bağlanmış icbari sığorta müqavilələri üzrə sığortalılar və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması ilə bağlı həmin mülkiyyətçilər Azərbaycan Respublikası vətəndaşları olduqda şəxsiyyət vəsiqələri üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə, hüquqi şəxs olduqda isə hüquqi şəxs haqqında məlumatlar;”.