Rusiya üçün ikinci “bataqlıq” və ya Klintondan çıxarılan DƏRS – FOTOLAR

    3

    Rusiya ABŞ-da üzləşdiyi və içindən hələ də çıxa bilmədiyi problemlə bu dəfə Fransada qarşılaşıb. Söhbət seçki prosesinə müdaxilə məqsədilə həyata keçirilən kiberhücumlardan gedir.

    Hurriyyet.org bildirir ki, Yaponiyanın “Trend Mikro” şirkətinin yaydığı informasiyaya görə, rus hakerləri “İrəli!” hərəkatından prezidentliyə namizədi, keçmiş iqtisadiyyat naziri Emmanuel Makronun tərəfdarlarının serverlərini açmağa cəhd göstərib.

    “Trend Micro”nun 40 səhifəlik məruzəsində hakerlərin kompüter sistemlərinə girmək cəhdlərindən bəhs edir. Hakerlərin “Fancy Bears” qrupuna bağlı olduğu təxmin edilir. İddiaya görə, “Fancy Bears” qrupu 2016-cı ildə ABŞ prezidentliyə namizəd Hillari Klintonun tərəfdarlarının poçt hesablarını açıb.

    Rusiyanın Fransadakı seçki prosesinə müdaxilə barədə iddialar yeni deyil. Hələ bu ilin fevralında Emanuel Makronun komandası Rusiyanı seçki prosesinə müdaxilədə ittiham edib.

    ““

    “İrəli!” hərəkatının baş katibi Rişar Ferran “France 2” telekanalına müsahibəsində bildirib ki, E.Makron Rusiya KİV-i və Rusiyadan qaynaqlanan kiberhücumların hədəfinə çevrilib. Rişar Ferran bildirmişdi ki, Moskva digər namizədlərə, o cümlədən “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen və respublikaçıların namizədi Fransua Fiyona isti yanaşır. O, Fransa hökumətini seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

    Rişar Ferran Rusiyanın dövlət KİV-i “Russia Today” və “Sputnik”dən şikayətlənərək onları Makronun nüfuzuna zərbə vurmaq üçün saxta xəbərlər yaymaqda günahlandırıb. O, Makronun Avropanın maraqlarına uyğun mövqeyinə görə Moskvanın hücumlarına məruz qaldığını vurğulayıb.

    ABŞ seçkiləri ilə paralellik aparan Rişar Ferran deyib ki, amerikalılar seçkiyə xarici müdaxilədən xəbər tutsalar da, artıq gec olub.

    Klintondan çıxarılan dərs

    ““

    Emmanuel Makronun rəqəmli texnologiyalar üzrə qərargahının meneceri Munir Maxdcubi qeyd edir ki, ən vacib məlumat elektron poçt ilə ötürülmür. Republikaçıların namizədi onun Hillari Klinton kimi vurulacağından ehtiyat etdiyi üçün ən vacib məlumatların ötürülməsində elektron poçtdan istifadə etmir. Yada salaq ki, Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. FTB-nin açdığı “Elektron işi” isə Klintonun məğlubiyyətinin əsas səbəblərindən biri hesab edilir.

    Fevralın 1-də “WikiLeaks” saytının banisi Culian Assanj məlumat yaydı ki, onlarda namizədlər – Fransua Fiyon, Marin Le Pen və Emmanuel Makronla bağlı 5 minə yaxın sənəd var. Munir Maxdcubi belə başa düşmək olar ki, Makronun ətrafı onun gələcəyini təhlükə altına qoya biləcək uğursuz məlumat mübadiləsindən dərslər çıxarıb.

    ““

    Assanjın sözlərinə görə, Makronla bağlı kompramatlar Klintonun 2012-ci ildə yazdığı məktublarındadır. Klinton həmin vaxt ABŞ-ın dövlət katibi idi. Ancaq Makron o zaman yalnız ikinci dərəcəli vəzifələr tuturdu və anlaşılmaz qalır ki, onun adı ABŞ-ın ikinci şəxsinin yazışmasında hansı formada xatırlanırdı.

    Yelisey sarayına əsas iddiaçının ətrafı ehtiyat edir ki, rus hakerləri Makronu etibardan salan informasiyaları ortaya çıxaracaqlar. Fevral ayında namizədin tərəfdarları iddia edirdilər ki, Ukraynanın ərazisindən hakerlərin hücumuna görə “İrəli!”nin saytı bir müddət sıradan çıxıb. Hücuma görə Rusiya ittiham olundu.

    Kremlin reaksiyası

    ““

    İttihamlar müəyyən qədər inandırıcı görünə bilər. Makrondan fərqli olaraq, ultrasağçı Le Pen Krımı Rusiya ərazisi kimi tanıyacağını və Rusiyaya sanksiyaları dayandıracağını açıqlayıb. Bundan başqa, qadın siyasətçi Rusiyanın daha bir istəyinin yerinə yetirilməsinə – Avropa İttifaqının dağıdılmasına yardım edə bilər. “Milli Cəbhə”nin lideri söz verib ki, prezident seçiləcəyi halda, Avropa İttifaqından çıxış üzrə referendumu (“Frexit”) keçirəcək.

    Daha bir məqamı yada salmaq lazımdır ki, Le Pen Putinin Kremldə qəbul etdiyi tək namizəddir.

    Amma, haker hücumları ilə əlaqədar ittihamlara Kremlin reaksiyanının necə olacağı gözlənilən idi. Eynilə, ABŞ-dakı seçkilərdə olduğu kimi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov seçkilərə qarışmaq cəhdləri barədə sübutları “sadəcə gülməli” adlandırdı./publika.az/