Qaraçı kassiri hipnoz edib 10 min rublu oğurladı – İNANILMAZ OĞURLUQ – VİDEO

    3

    Kirov vilayətində yerləşən stomatoloji klinikada qeyri-adi soyğun olub. Tibb mərkəzinə daxil olan “qaraçı“ qadın məlumat şöbəsinə yaxınlaşıb.

    Hurriyyet.org xəbər verir ki, mərkəzin təhlükəsizlik kameralarına düşən görüntülərdə qadının gülərək mərkəz işçisindən nəsə soruşduğu görünür.

    5 dəqiqə davam edən söhbətin sonunda qadınlar mərkəzin küncündəki divanda əyləşiblər. Qaraçı qadının falına baxmağı təklif edir. Bir anda mərkəz işçisi dizləri üstünə oturaraq ona təşəkkür etməyə başlayır.

    Qadını qeyri-adi şəkildə hipnoz edən qaraçı mərkəzin kassasında olan 10 min rubldan çox pulu götürərək hadisə yerindən naməlum istiqamətdə uzaqlaşıb. /publika.az/

    Faktla bağlı araşdırma davam edir.