Dələduzluqda təqsirləndirilən qadının şikayəti təmin olunmayıb

    6

    Hurriyyet.org-un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, M.Gülməmmədovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq yolu ilə 12 vətəndaşa qarşı külli miqdarda ziyan vuran və barəsində axtarış elan olunmuş, 1964-cü il təvəllüdlü Gülməmmədova Mətanət İnqilab qızı həbs edilib.

    Məlum olub ki, o, faizlə pul vermək adı ilə vətəndaşları aldadıb. M.Gülməmmədova verdiyi borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adına keçirib. Zərərçəkmiş Səkinə Sadıxovanın isə təxminən 300 min manat olan obyekti dələduzluq yolu ilə ələ keçirib.
    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Gülməmmədova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /report/