“Barselona“ Messiyə borcludur“ – Luis Enrike

    6

    Hurriyyet.org İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Barselona“nın baş məşqçisi Luis Enrike La Liqanın 32-ci turunda “Real“a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

    O, hər iki komandanın qələbə üçün oynadığını bildirib: “Kimsə “Real“ın ən güclü komanda olmağına şübhə ilə yanaşa bilməz. Matç hər cür nəticə ilə bitə bilərdi. Qarşılaşma ərzində yaxşı müdafiə olunurduq. Heç-heçəyə hazır idik. Son dəqiqədə qol vurmaq gözəl hissdir“.