Toni Bleyr Brexitə görə aktiv siyasətə qayıdır

    9

    Hurriyyet.org bildirir ki, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr aktiv siyasətə qayıdır.
    APA-nın məlumatına görə, bu barədə “The Mirror” qəzeti yazıb. Qəzetin yazır ki, keçmiş baş nazir həm “Brexit” prosesi, həm də Avropa İttifaqı ilə Böyük Britaniya arasına azad ticarətə dair razılaşmanın krallığa ziyan verə biləcəyini bildirirb.
    Bu ilin fevralında Toni Bleyr ölkəsinin Aİ-də qalmasını dəstəklədiyini bəyan edərək, xalqının “Brexit” qərarını dəyişmək hüququnun olduğunu bildirib.
    Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxmasını nəzərdə tutan referendum ötən il iyunun 23-də keçirilib. Bu il martın 29-da Britaniya baş naziri Tereza Mey Aİ rəhbərliyini “Brexit”lə bağlı prosedurun başladığına dair rəsmi məktub göndərib.