Azərbaycanlı müğənni Rusiyadan deportasiya edildi

    3

    Müğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edilib.
    Hurriyyet.org ölkə.az-a istinadən xəbər verir ki, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb.
    Qeyd edək ki, son zamanlar adı bir sıra qalmaqallarda hallanan sənətçi daha çox Rusiya Federasiyasındakı məclislərdə çıxış edir.
    Azxeber.com məsələylə bağlı müğənni Damla ilə əlaqə saxlayıb. 
    Müğənninin meneceri Şəhriyar faktı təsdiqləyib və deyib ki, buna səbəb müğənninin Rusiya ərazisinə 1 il ərzində limitdən çox girib-çıxmağı olub: “Dama Rusiyaya tez-tez getdiyi üçün, onun giriş-çıxışına “stop“ qoyulmuşdu. Ancaq artıq 1 aydır ki, bu “stop“ aradan qaldırılıb və rahat şəkildə Rusiyaya gedib, gələ bilirik. Çox getməyə səbəb isə oradakı el şənlikləridir“.