DİQQƏT! Daha bir yolda hərəkət məhdudlaşdırılır

    9

    Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 12-də gecə saatlarından nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

    Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.