DİQQƏT – Torpaqlara peyk vasitəsilə nəzarət ediləcək – VİDEO

    3

    Azərbaycanda 16 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşıb, 26 minə yaxın küçə və prospektə isə ad verilib.

    Hurriyyet.org-un məlumat verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə məlumat verilib.

    Komitə sədri Kərəm Həsənov bildirib ki, son illər həyata keçirilən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin təmin olunmasına, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib. Artıq 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Ölkədə ilk dəfə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması isə kənd təsərrüfatının inkişafına müsbət təsirini göstərməkdədir.

    Komitə bu il də öz xidmətlərinin elektornlaşdırılması və iş keyfiyyətinin artırılması üçün bir sıra yeniliklərə imza atacaq.Torpaqlardan təyinatından kənar və səmərəsiz istifadənin qarşını almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi peyk sistemi vasitəsi ilə nəzarət həyata keçirəcək.

    Hazırda Komitə tərəfindən 37 elektron xidmət, 3 SMS və 2 onlayn xidmət vətəndaşların istifadəsindədir.

    Komitə sədri Kərəm Həsənov yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə yeni yanaşmaların tətbiqinin genişləndiriləcəyini və avtomatlaşdırılmış xidmətlər şəbəkəsini təkmilləşdiriləcəyini bildirib. \Xezerxeber.az\

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: