DİQQƏT! – Maqnit qasırğası olacaq

    9

    İyulun 23-ü Yer kürəsində beş ballıq şkala ilə birinci dərəcəli maqnit qasırğası baş verəcək.

    Hurriyyet.org-un məlumatına görə, bununla əlaqədar iyulun 15-i, 20-i və 22-i Yerin maqnit qatı həyəcanlaşması gözlənilir.

    Qeyd olunur ki, birinci dərəcəli maqnit qasırğaları kosmik aparatların fəaliyyətinə cüzi təsir göstərəcək.

    Bundan əvvəl maqnit qasırğaları Yeri 2018-ci ildə iyunun 28-i və mayın 6-7-i əhatə edib. Ən güclü maqnit qasırğası isə aprelin 20-i qeydə alınıb. \\Trend