Diplomatlar ermənilərin Gəncədə və Mingəçevirdə törətdiyi vəhşiliklərə tanış olub – FOTOLAR

72

Azərbaycandakı diplomatik korpusun rəhbərləri Mingəçevirə səfər edib. Qonaqların tərkibində  səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri də olub. Qonaqlar əvvəlcə Gəncəyə səfər edib. Daha sonra isə Mingəçevirə gediblər. Onları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev müşayiət edib.

Hurriyyet.org-un əməkdaşının xəbərinə görə, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazidə olublar.

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Onlar dağıntılar törədilmiş ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.