Dini Komitə sosial şəbəkələrdəki dinlə bağlı yazılardan NARAZIDIR

    3

    “Sosial mediada dinlə bağlı gedən yazılar bəzi hallarda bizi qane etmir”.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    M.Qurbanlı bildirib ki, xüsusilə xaricdə olan şəxslər tərəfindən sosial media üzərindən Azərbaycandakı dini durumla bağlı yazılan yazılarda, sosial şəbəkələrdə verilən məlumatlarda özünü qərəz göstərir.

    “Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir. Əlbəttə, bunlar anti-Azərbaycan ünsürlərin fəaliyyətinin nəticəsidir. Bilirsiniz Azərbaycan dini tolerantlıq baxımından, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir, amma bizim Azərbaycanın əleyhinə olan qruplar, dairələr xaricdən Azərbaycan haqqında sosial şəbəkələr üzərindən yanlış məlumatlar yaymağa cəhd edirlər.

    Bunun qarşısını almaq üçün bizim qrupumuz fəaliyyət göstərir. Bu cür məlumatlar olduqda bizim qrupumuz bu məlumatların yanlış olması barədə ictimaiyyəti məlumatlandırırlar”.