DİN və DTX birgə əməliyyat keçirdi – GORANBOYDA

    18

    Daxili İşlər Nazirliyi (DİN) Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon Şöbəsinin əməkdaşları Goranboyda birgə əməliyyat keçirib.

    Hurriyyet.org bildirir ki, bu barədə DİN məlumat yayıb.

    Belə ki, əməliyyat nəticəsində Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) “F-1” qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.