Din xadimi: “Makron Livana yeni işğalçı olaraq gəlir”

84

Hurriyyet.org xəbər verir ki, livanlı şiə alim Şeyx Tufeyli bu gün cümə xütbəsində Fransa prezidenti Emmanuel Makronun “Livana yeni işğalçı olaraq gəldiyini” söyləyib.

Din xadimi Beyrutdakı  şiddətli partlayışdan sonra ölkəyə Livana iki dəfə səfər eləmiş Maktonun bu yaxınlaşmasını heç də şəfqətli hesab eləmədiyini söyləyib: “Fransanı xristianlar üçün şəfqətli ölkə olaraq görənlər və ya İranı şiələr üçün şəfqətli ölkə olaraq görənlər çox yanlış görürlər”.

Livan hakimiyyətinin Makrona qarşı münasibətini də tənqid edən Şeyx Tufeyli deyib: “Livandakı siyasətçilərin hamısı Makrona boyun əydi. Əgər ölkədə ictimai, iqtisadi və təhlükəsizlik sahələrini yıxan bir fəlakət vardır düşüncəsi ilə buna gedirsinizsə, bu dağıntıya yol açan sizlərsiniz (Birinci Dünya Müharibəsindən sonra fransız komandanı general Henri) Quro ölkələri işğal üçün gəlmişdi, Makron da indi eyni düşüncələrlə yeni işğalçı olaraq gəlir”.

Livandakı Hizbullah təşkilatının qurucularından və ilk baş katibi olan Şeyx Tufeyli 1988-ci ildə (İsrail və ABŞ tərəfindən hazırlandığı şübhəsi olan) bir sui-qəsd cəhdindən xilas olmuşdu. 1992-ci ildə Hizbullahın ümumi seçkilərdə iştirakı ilə bağlı mübahisədən sonra təşkilatdan uzaqlaşıb.

Beyrut limanındakı partlayışdan sonra baş verən etirazların üçüncü günü, 10 avqust tarixində Baş nazir Hassan Diyab istefa vermişdi.

31 avqust tarixində prezident Mişel Avn yeni kabineti yaratmaq vəzifəsini Mustafa Edibə həvalə eləmişdi.

Avqust ayında Beyrutda iki dəfə səfərdə olan Fransa prezidenti Makronun Livanın daxili işlərinə müdaxilə elədiyi ilə bağlı cəmiyyətdə etirazlar səsləndirilir, Edibin Fransa tərəfindən məcburən namizəd göstərildiyi iddia olunur.