DİN generalın vəfatı ilə bağlı MƏLUMAT YAYDI

72

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinski vəfat edib.

Nazirlikdən Modern.az-a bildirilib ki, o, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, E.Şəkinski xəstəlikdən əziyyət çəkirmiş.
Modern.az-ın əldə etdiyi digər məlumata görə, E.Şəkinskinin nəşi bu gecə Türkiyədən Bakıya gətiriləcək, sabah isə dəfn olunacaq.