DİN-dən Kamil Zeynallının davası ilə bağlı AÇIQLAMA

171
Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallının dava etməsi ilə bağlı video yayımlanıb. 
Görüntülərdə Kamilin başqa bir vətəndaşla əlbəyaxa dava etməsi yer alıb.
Azxeber.com məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb.
Qurumun sözcüsü hadisənin Abşeron rayonu Qobu qəsəbəsində baş verdiyini deyib:
“Hadisə Abşeron rayonu Qobu qəsəbəsində olub. Hər iki sürücü bir-birinə yol vermədiyi üçün sözləri çəp gəlib. Nəticədə aralarında mübahisə yaşanıb və dava düşüb. Onlar polis tərəfindən müvafiq polis şöbəsinə aparılıb. Orada yazdıqları izahatda bir-birlərindən şikayətçi olmadıqlarını bildiriblər və bu səbəbdən sərbəst buraxılıblar.

Ehsan Zahidov yayılan görüntülərin də araşdırıldığını deyib.