DİN-dən əhaliyə Yenil il bayramı ilə bağlı SƏRT XƏBƏRDARLIQ

324

DİN-dən əhaliyə Yenil il bayramı ilə bağlı SƏRT XƏBƏRDARLIQ

 

Daxili İşlər Nazirliyi “Yeni il”​də kütləvi tədbir keçirmək istəyənlərə xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.

Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.