DİM bu abituriyentlərə müraciət etdi

    9

    V qrupa aid “Musiqi sənəti” ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları “Musiqi məktəbi-məzun” sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər.

    Dövlət İmtahan Mərkəzindən Hurriyyet.org-a bildirilib ki, məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər.

    Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul tarixinədək davam edəcək.

    Qeyd: Mədəniyyət Nazirliyinin reyestrində qeydiyyatda olmayan təhsil müəssisələrini bitirən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçə bilməzlər.