Dilqəm Əsgərovdan məktub gəlib: “Hər şeydən xəbərim var…”

108

Altı ildir erməni girovluğunda saxlanılan soydaşımız Dilqəm Əsgərov ailəsinə yazdığı sonuncu məktubunda Qarabağdakı savaşa eyham vurub.

Bu barədə Modern.az-a danışan onun oğlu Kürdoğlu Əsgərov deyib ki, atası məktubda yazıb:

“Hər şeydən xəbərim var. Rusiya, Bakı, Yerevan xəbərlərinə qulaq asıram, qoy altda qalanların canı çıxsın. Məndən narahat olmayın”.Girov oğlu bildirib ki, tezliklə atasına qovuşacağına inanır:

“Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuzun qüdrəti sayəsində tezliklə işğal altındakı torpaqlarımızın azad olunacağına inanıram. Əminəm ki, dəfələrlə Kəlbəcərdə Azərbaycan bayrağını qaldıran Dilqəm Əsgərov yenidən Kəlbəcərə qayıdacaq. Şanlı ordumuz Azərbaycan bayrağını Kəlbəcərə sancacaq”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən, erməni silahlı birləşmələri tərəfindən Kəlbəcərdə girov götürülüb. Qondarma rejimin qurduğu “məhkəmə” ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum olunub.