Diasporun gözündə Vətənin bütövlüyü!

126

Xaricdə yaşayan soydaşlarımız Qarabağ savaşından danışdılar

30 ildir beynəlxalq səviyyədə sülh danışıqları sayəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Xankəndi, Şuşa, Kəlbəcər, Xocalı, Ağdərə, Ağdam, Laçın, Əsgəran, Qubadlı, Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının azad edilməsi yönündə müxtəlif tədbirlər keçirilsə də, indiyə kimi mövcud problemlər öz həllini tapmamışdır. Bütün bunlar azmış kimi, Ermənistan öz ordusunu Azərbaycanın işğal olunmuş ərazilərində yerəşdiribdir. Suriya, İraq, Livan, Liviya, İran və digər ölkələrdən erməni ailələrinin Qarabağ ərazisində məskunlaşdırılması kimi siyasətlər yürüdübdür. Bu gün Azərbaycan bir dövlət olaraq, bütün cəbhə boyunca öz tarixi ərazilərinə sahib çıxmaq üçün hərəkətə keçibdir. 30 ildir lal, kar və kor olmuş beynəlxalq təşkilatlar, dünyanın inkişaf etmiş ölkələri Azərbaycana qarşı özlərinin təzyiq metodlarını işə salmaq üçün hərəkətə keçiblər. Dərhal Azərbaycanın bu antiterror əməliyyatlarını dayandırması və sülh danışıqları masasının arxasında oturaraq danışıqlara birbaşa başladılması tələbi ilə çıxış edirlər. Azərbaycan tərəfi isə: “30 ildir səbrlə və dözümlə sülh masası arxasında oturmuşduq. Ötən müddətdə nələr dəyişdi?” deyə onlara haqlı olaraq cavabını verir. Ölkəmizdə demək olar ki, torpaqlarımızın azad edilıməsi məsələsində əsil vətəndaş həmrəyliyi nümayiş etdirilməkdədir. Görəsən xaricdə yaşayan soydaşlarımız bu barədə nə fikirləşirlər? Onların görüşlərini öyrənmək üçün suallarımızın cavablandırılmasını istədik.

Sülhə hazır olan hökmən savaş hazırlığı da görməlidir

Rahim Sadıqbəyli, İsveç “İctimai Televiziyası”nın rejissoru və prodüsseri, “Stohlokm Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri: “Mən Lənkəranda anadan olmuşam. Hər il tətilə çıxdığımda doğam Azərbaycana gəlirəm. Əlbəttə vətənimizdə baş verən yeni nələr varsa, əyani şəkildə bunları sevə-sevə seyr edirəm. Bu gün Azərbaycanın bir dövlət olaraq, ermənilərin işğal etdiyi ərazilərimizi azad etmələ hərəkətə keçməsi bizim qürur mənbəyimiz deməkdir. İsveçdə Azərbaycan dövlətinin milli maraqları çərçivəsində illərdir aksiyalar keçiririk. Çalışırıq ki, İsveç cəmiyyətini Azərbaycanla yaxından tanış edək. Bu məsələdə Anadolu Türkləri, Doğu Türküstan Cəmiyyəti və  Krım Tatar Mərkəzi ilə birlikdə hərəkət edirik. Tovuz hadisələri ilə bağlı demək olar ki, İsveçin bir neçə böyük şəhərlərində aksiyalar keçirdik. Bu gün də əvvələr olduğu kimi Azərbaycan dövlətinin yanındayıq. Çox yaxşı olardı ki, BBC, CNN, Euronews, Röyter və digər beynəxalq miqyaslı TV kanallar və informasiya agentliklərinin Azərbaycanda xüsusi müxbir postu olsun. Onların yayımları dünyanın hər yerində çox diqqətlə seyr edirlər. Hətta inanırlar da. Biz İsveçdə diaspor təşkilatı olaraq, Azərbaycanın öz tarixi ərazilərinə sahib çıxmasını antiterror əməliyyatlarını yerli əhaliyə inandırmağa çalışırıq. BMT-nin 1991-ci ildə Azərbaycanın bütövlüyünü hansı sərhədlər çərçivəsində tanıdığını ortaya qoyuruq”.

Kandadakı soydaşlarımız əsgərlərimizə dua edirlər

Həsən Dadibar: “Mən adi bir çörəkçiyəm. Kanadada yaşayıram. Həyat yoldaşım isə, əslən Zaqatala rayonundandır. Dörd övladımız var. Azərbaycan adına harada aksiya keçirilirsə Kanadanın həmin şəhərinə gedib əlimdən gələni edirəm. Burada dövlət dili olaraq fransız və ingilis dilləri rəsmi statusa malikdir. Ancaq, övladlarım Azərbaycan Türkcəsini qrammatik baxımdan çox mükəmməl bilirlər. Bu gün Qarabağda 30 ildir yuva qurmuş erməni cəlladlarına və onlara dəstək verən terror qruplaşmaların qarşı hərbi əməliyyatların başlanmasını hər kəsdən daha lox mən ürəkdən aqlqışlayıram. Bu gün Kanada dövləti Qarabağla bağlı baş verən hadisələri sakit tərzdə müşahidə edir. Ona görə ki, əsil həqiqəti aydınlaşdırmağa çalışır. Bizlər daim Azərbaycandan yeni xəbərlər ümidilə gözümüzü açırıq. Döyüşən əsgərlərimiz üçün dualar edirik. O da bəllidir ki, əlimizdən nə gəlirsə, bizlər də tam hazırıq. Azərbaycanı sülhə səsləyən beynəlxalq birlik onu da bilməlidir ki, dövlətimiz 30 ildir sühlün yanında idi və bununla yanaşı istənilən an döyüşə hazır olmaq üçün də çox böyük işlər görübdür. Doğulub boya-başa çatdığım Güney Azərbaycanın Tikantəpə şəhərində 1915-1918-ci illərdə ermənilərin Rusiya, İngiltərə və Fransanın silah, maddi, hərbi dəstəyi ilə törətdikləri soyqırım tarixini çox yaxşı bilirəm. Uşaq vaxtından nənəm və babam bu barədə bizə çoxlu hadisələr danışıblar. Mənə görə harada erməni varsa, orada terror var. Dünya birliyi bunu dərk edərək onlara himayədarlıq etməkdən əl çəkməlidir”.

“Biz əbədi olaraq Qarabağa sahib çıxacağıq”

Elman Mustafzadə, “Avropa-Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, Hollandiya: “Bizim təşkilatda qürbətdə yaşayan soydaşlarımız deyil, həm də polyak, yəhudi, alman, holland, fransız, çex, slovak, uyğur, tatar, macar və digər xalqların nümayəndələri də təmsil olunurlar. Biz bu xalqların nümayəndələrinə neçə illərdir Qarabağ həqiqətlərini izah etməklə məşğul olmuşuq. Son illərdə Qarabağla bağlı keçirdiyimiz aksiyalarda sadəcə bizlər deyil, həm də digər xalqların nümayəndələri də bizə dəstək vermək üçün iştirak ediblər. Etiraf edim ki, Azərbaycan iqtidarına qarşı bəzi problemlərə görə müxalifətdə olmuşam. Ancaq, heç bir zaman dövlətçilik məsələsində iqtidar-müxalifət söhbətinin arxa planda olmasına çalışmışam. Bu gün də həmin fikirdəyəm. Mən uşaqlıq illərimi Şuşada keçirmişəm. Qarabağın nə demək olduğunu da çoxlarından yaxşı dərk edirəm. Bu gün Azərbaycan bir dövlət olaraq Qarabağdan erməni qəsbkarlarının neytrallaşdırılması istiqamətində milli iradə ortaya qoymuşdur. Bütün varlığımla bu qətiyyətli addımları alqışlayıram. 62 yaşım vardır. Gərəkirsə bu quru canımı Qarabağ uğrunda qurban verməyə tam hazıram. Neçə gündür Almaniyada bəzi tədbirlərdə iştirak edirəm. Yeganə Almaniya mətbuatı Azərbaycan həqiqətlərini olduğu kimi təqdim edir. Hətta buna çox təəccübləndim də. Polşa KİV-ləri də Azərbaycana yönəlik informasiyalara üstünlük verirlər. Biz mümkün qədər Qarabağın azadlığı uğrunda Milli Ordumuzun qələbələrini sevincimizi yerli xalqlarla bölüşməyə çalışırıq. Mən tam səmimiyyəimtlə inanıram ki, bu dəfə əbədi olaraq Qarabağa sahib çıxacağıq”.

Dünya dövlətləri və beynəlxalq təşkilatlar niyə 30 ildir susurlar?

Bədiə Parlar, rəssam, Almaniya: “Əslən Güney Azərbaycanın Xoy şəhərindənəm. Sonradan Türkiyənin İqdır şəhərinə köçmüşük. İndi də Almaniyanın başkəndi Berlin şəhərində yaşayırıq. Quzey Azərbaycanda olmasam da, bütün varlığımla oraya bağlı bir insan kimi özümü hiss edirəm. Demək olar ki, Quzey Azərbaycanın hər qarışını, mədəniyyətini və tarixini əzbər bilirəm. Almaniyanın hansı şəhərində Qarabağla bağlı bir aksiya keçirilirsə, bilin ki, orada biz ailəlikcə iştirak edirik. Azərbaycanın 30 ildir 20 faizdən ox ərazilərini işğal edən Ermənistana bu günə kimi heç bir beynəlxalq təşkilat və dövlətlər “işğalçı” adını verməyib. Biz dəfələrlər Qarabağ həqiqətləri barəsində beynəlxalq təşkilatlara, dünyanın böyük dövlətlərinin prezidentlərinə, hökumətlərinə və parlamentlərinə müraciətlər etmişik. Ermənistanın işğalçılıq siyasətinin yönlərini anlatmışıq. Ancaq, bircə dəfə də olsun bizə cavab verən olmayıb. Qarabağın azad edilməsi uğrunda bizdən asılı olan nə varsa, daim hazırıq. Almaniuyada bizlərə olan isti münasibətin əsil səbəbi mədəniyyətimizlə yerli əhalini tanış etməyimizdir. Heç bir zaman “filan tarixi torpaqlar bizimdir”, “filan xalqlara görə biz dünyanın ən qədim xalqıyıq” və sair boş, mənasız fikirləri səsləndirməmişik. Azərbaycanın milli mətbəxi, milli musiqisi, milli gələnəkləri ilə bağlı alman cəmiyyəti ilə tanış etmək kimi hədəfləri ortaya qoymuşuq. Ona görə də bizlərə daim sayğı ilə yanaşılır”.

Ermənilər xəstə cəmiyyət olduğu üçün onlara inanan yoxdur


Fuad Məmmədoğlu, həkim, ABŞ: “1993-cü ildən ailəlikcə ABŞ-ın Hyuston ştatında yaşayıram. Buraya ilk gəldiyim illərdə gerçəkdən erməni diasporu çox güclü idi. Həm də cəmiyyətdə təsir gücünün xüsusi yeri var idi. 2000-ci illərin ortalarından etibarən erməni diasporunun ABŞ-da nüfuzu azalmağa başladı. Bu gün ermənipərəst siyasət yürütmək bir qədər gülməli çıxır. Bunun səbəblərindən biri də Azərbaycan diasporu adlı anlayışın ortaya çıxmasıdır. Bizlər ermənilərin yalanlarını cəmiyyətlə bölüşürük. Hətta əyani şəkildə sənədləri ortaya qoyuruq. Ona görə də tərəfdarlarımız ilbəil artır.

Digər yandan ABŞ-da türkiyəli vətəndaşlar bizimlə daim həmrəylik nümayiş etidirlər.
Azərbaycanda son illərdə baş verən quruculuq haqqında demək olar ki, ABŞ-da hər kəs görür. Azərbaycanın tam müstəqil siyasət yürütmək kimi addımlar atması da bu ölkədə təqdir olunan faktlardan biridir. Rusiyanın keçmiş Sovetlər Birliyi məkanını öz nəzarətində saxlamaq üçün yaratdığı “MDB”, “Kollektiv Təhlükəsizlik Şurası” və digər qurumlarda Azərbaycanın ya passiv, ya da üzv olmaması ABŞ-ın diqqətindən heç də yayınmayıb. Ona görə də ABŞ-da Azərbaycana xüsusi rəğbət vardır. Ölkəmizlə bağlı aksiyalar keçirdiyimizdə, Amerika Türk Konfederasionu, Ahısqa Türkləri Birliyi, Krım Taraları Hərəkatı ilə yanaşı “Amerika Yəhudi Konqresi” və digər sanballı qurumlar bizimlə həçrəy olduqlarını əyani şəkildə ortaya qoyurlar. Bu gün Azərbaycanın dövlət olaraq Qarabağda apardığı antiterror əməliyyatını təqdir edirik. 30 ildir torpaqlarımızı işğal edən Ermənistanın işğalçılıq siyasətinin hədəfləri artmaqdadır. Naxçıvana, Güney Azərbaycanın Batı bölgələrinə, Gürcüstanın Ahısqa vilayətinə, Türkiyənin 6 vilayətinə qarşı ərazi iddiaları sərgiləməsi beynəlxalq miqyasda ermənilərin nə qədər “xəstə xalq” olduğuna açıq şəkildə bir işarədir. Biz Azərbaycan diasporu olaraq daim Azərbaycan dövlətinin yanındayıq. Qarabağımızın azadlığı uğrunda atılan addımlara görə min dəfələrlə təşəkkürlərimizi bildiririk.

“Hürriyyət”

*

Diaspora mövzusu