DƏHŞƏTLİ CİNAYƏT – Güləşçinin cinsiyyət orqanını kəsdi və… – VİDEO

    9

    Türkiyənin məşhur qol güləşçisi Bayram Yeşilyaprak cinsiyyət orqanı kəsilərək öldürülüb.

    Avropa ikincisi olan idmançının cəsədi ölkənin Qaziantep şəhərində tapılıb. 52 yaşlı idmançının kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi araşdırılır.

    Hadisə yerinə gələn polislər idmançının cinsiyyət orqanını cəsədinin yanında aşkarlayıblar.

    Güləşçinin cənazəsi yarılması üçün ekspertizaya göndərilib.

    K.K. adlı şəxs cinayəti öz üzərinə götürərək idmançını namus davası üstündə öldürdüyünü deyib. İddia olunur ki, B.Yeşilyarpak K.K adlı şəxsin həyat yoldaşına təcavüz edib. \Publika.az\