DƏHŞƏT – Toyda 22 nəfər ZƏHƏRLƏNDİ – VİDEO

    6

    Astarada toyda zəhərlənmə olub.

    İlkin məlumata görə, toy mərasimində 22 nəfər zəhərlənib.

    Zəhərlənən şəxslər Astra Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb, hazırda iki nəfərin müalicəsi davam etdirilir.

    Hadisə "Şahin" şadlıq sarayında qeydə alınıb.

    Məlumata görə, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir.