Dərini cavanlaşdıran və gözəlləşdirən QİDALAR

    6

    Dərinizi cavanlaşdıran və gözəlləşdirən qidaların siyahısını təqdim edirik:

    1. Somon balığı – bu balıq malik olduğu Omeqa-3 yağ turşuları ilə dərini quru görünüşdən xilas edir və günəş şüalarının zərərləri təsirindən qoruyur.

    2. Kök – yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin turşuluq miqdarını nizamlayır və bakteriyalardan qoruyur.

    3. Avokado – yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.

    4. Paxla – antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.

    5. Üzüm – üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.

    6. Su – dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir. \\Axşam.az

     

    HURRİYYET.ORG