Deputatlarımız İrəvandakı məsciddə – FOTO

    39

    Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası ilə bağlı İrəvanda səfərdə olan deputatlarımız Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy Məscidə baş çəkiblər.

    Hurriyyet.org kult.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı millət vəkili Əflatun Amaşov paylaşıb.

    "Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”- Ə.Amaşov qeyd edib.