Deputatın koronavirusa yoluxması xəbəri ilə bağlı AÇIQLAMA

72

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev koronavirusa yoluxmayıb.

Hurriyyet.org bildirir ki, bu barədə “Report”a deputatın köməkçisi Eldar Məmmədov məlumat verib.

O bildirib ki, bir neçə dəqiqə bundan öncə deputatın oğlu Hafiz Rzayev ilə əlaqə saxlayıb: “Tahir müəllimin oğlu mənə dedi ki, atası koronavirusa yoluxmayıb. Dağ rayonlarının birində istirahət edir. Tahir müəllim bu həftə ərzində parlamentə gələcək”.