Deputatdan Prezidentə çağırış — “Bu gün hətta İrəvanda Azərbaycan bayrağı taxmağa hazırıq, əmr gözləyirik”

51
Bu gündən etibarən hamımız Vətən torpaqları uğrunda döyüşmək üçün müsəlləh əsgərik və Ali Baş Komandanın əmrini gözləyirik.

Hurriyyet.org bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi təxribatçı hərəkətlərini şərh edərkən  deyib.

İ. Məmmədov deyib ki, Ermənistan bu cür təxribatçı hərəkəti ilə Azərbaycanı tutduğu haqq yoldan döndərə bilməz. “Bu gün Ermənistan hakimiyyəti daxildə üzləşdiyi acınacaqlı durumdan xalqın diqqətini yayındırmaq üçün belə bir təxribata əl atıb. Bu gün  dünya koronavirus kimi bəla ilə mübarizə aaprdığı zamanda Ermənistanın  insanlıqdan uzaq bu hərəkəti beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Bu gün hətta terrorçu təşkilatlar   atəşkəs elan etdiyi vaxtda ermənilər insanlıqdan uzaq  simalarını ortaya qoymaqla əsl sifətlərini dünyaya nümayiş etdirmiş oldular.  Xalqımız ermənilərin bu hərəkətlərindən hiddətlənib. Cənab Ali Baş Komandan biz sizin əmrinizi gözləyirik”- millət vəkili bildirib.

Millət vəkili bildirib ki, deputat olsam da mən bu gün döyüşə hazıram: “Vətəni işğalçılardan azad etmək üçün xalq bir müsəlləh əsgər kimi  Qarabağı, işğal altında digər torpaqlarımızı, hətta əzəli-əbədi torpağımız olan İrəvanı azad edib orada üçrəngli Azərbaycan bayrağı sancmağa hazırıq”.

İ.Məmmədov əlavə edib ki, bu gün beynəlxalq təşkilatların, münaqişənin həlli ilə birbaşa  məşğul olan ATƏT-in baş verən təxribata reakiya verməməsi Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanıb: “Artıq Azərbaycan xalqı beynəlxalq təşkilatların və ATƏT bu riyakər siaysətinə dözmək niyyəti yoxdur. Xalqın səbr kasası dolub.  Ölkənin yeniyetməsindən tutmuş ən yaşlısınadək hamı müqəddəs Vətən torpaqlar uğrunda savaşa hazırdır. Biz veriləcək əmri səbrsizliklə gözləyirik. Hesab edirəm ki, Ermənistanın bu hərəkətinə daha sərt cavab verilməlidir”.