Deputat Ramiz Mehdiyevi İSTEFAYA ÇAĞIRDI

99

“Ramiz Mehdiyev pandemiya dövründə ölkənin Karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nin prezidenti vəzifəsindən dərhal istefa verməlidir”.

Bu çağırışı deputat Etibar Əliyev edib.

E.Əliyev qeyd edib ki, bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnəkdir və dövlətin qanunlarına birbaşa sayğısızlıqdır.

Qeyd: R.Mehdiyev karantin rejimi qaydalarını pozaraq nəvəsinə toy mərasimi təşkil edib. \\Pravda.az