Deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılması məqsədilə əlaqələndirici şəxslər müəyyən edilib

48

Deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılmasının təmin edilməsi məqsədilə 154 dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində əlaqələndirici şəxslər müəyyən edilib.

Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında keçirilən növbəti görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

O bildirib ki, dövlət başçısının göstərişinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlərdə, habelə yerli icra hakimiyyəti başçılarını qəbul edərkən bu məsələləri xüsusi diqqətə çatdırır.              //APA