Deputat bəzi donorlarla əməkdaşlıq olunmasını təklif edir

75

“Bəzi donorlar var ki, onların Azərbaycanda bir çox QHT-lərə dəstək verə bilər. Bu məsələyə yenidən baxsaq, yaxşı olar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O, komitə iclaslarının birinin ildə 1-2 dəfə regionalarda keçirilməsini də təklif edib:

“Əfv məsələləri ilə bağlı da müəyyən problemlər var. Bu gün bəzi şəxslərin amnistiyaya düşməsinin qarşısı alınır. Bu məsələ ilə bağlı dinləmələr keçirməyi təklif edirəm”.