Deputat: “Bəxtiyar Vahabzadənin oğlu Şamaxının işğalının proqnozunu verir…”

192

“Azərbaycanda diplomatların təyinatında müəyyən səhvlər olub. Buraxılan ciddi səhvlərdən biri də Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə ilə bağlıdır. Onun bir intervüsünə baxdım. Xəcalət çəkdim ki, görün bizi xaricdə kim təmsil edirmiş”.

Bunu Azərbaycan Milli Məclisinin deputatı Etibar Əliyev deyib.

E.Əliyev qeyd edib ki, İ.Vahabzadə erməni işğalına futuroloqluq edir: “Qorxudur bizi. Və görün nə deyir: “4-cü nəsil yetişir. 4-cü nəsil bilmir ki, onları hansı problem qarşılayacaq. Qarşıda Naxçıvan və Gəncə problemi var. 5-ci nəsil artıq 2025-ci ildən sonrakı nəsil, ermənilər Şamaxıya qədər gəlib çıxasıdırlar.” Bu səfeh futuroloq görün nəyi təlqin edir. Biz torpaqlarımızın işğaldan azad olunması naminə gənclərdə ruh yüksəkliyi yaratmağa çalışırıq. Bu yaramaz isə Şamaxının işğalının proqnozunu verir. Verilişdən hiss olunurdu ki, adamın psixi durumu da yerində deyil. Danışdıqları cəfəngiyyatdır. Bunun çoxillik diplomatik fəaliyyəti işlədiyi dövrlərdə niyə izlənməyib? Belələri elə bilir ki, bu dövlətin onlara əbədi borcu var. İnternet televiziyalar belələrini dövlətin və xalqın əleyhinə danışdırmaqla nə qazanırlar…” \\Pravda.az