Demokratlar Trampın prezidentlik səlahiyyətinə təcili şəkildə son qoymaq istəyirlər 

255
Dünən 6 yanvarda ABŞ-da baş verən kütləvi etirazlar fonunda belə bir informasiya yayıldı ki, hökumət üzvləri Jo Baydenin inaqurasiyasına qədər hazırkı prezident Donald Trampın vəzifəsindən uzaqlaşdırmaq və səlahiyyətlərindən məhrum etmək barədə işləyirlər.
Məlumatda Trampın vəzifəsini təhvil verənə qədər nələrə isə əl atacağından narahatlıq ifadə olunur. Bu barədə «CBS» kanalı və Konqress üzvü İlhan Omara istinad olunur. Yayılan məlumatda bildirilir ki, İlhan Omar Trampın impiçmentini təşkil etmək üçün artıq demokratların arasında imza kampaniyasına başlayıb.
Mənbələr əmin edirlər ki, Trampın inaqurasiyasına qədər ölkəni Mayk Pens idarə edəcək, amma hələ bu təşəbbüs hələ ki, onunla müzakirə olunmayıb. Eləcə də Trampı 25-ci düzəliş əsasında vəzifəsindən kənarlaşdırmaq istəyirlər.
Tərcümə etdi: Ülviyyə Şükürova