“Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm, amma insult keçirmişəm, ona görə də borclu qaldım”

498
“Mən Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində doğulmuşam. İnsan doğulduğu, yaşadığı yerə bağlı olur. Elə gözləyirəm ki, o ərazilər minalardan təmizlənsin, gedim görüm kəndimiz nə yerdədir? İnanın Allaha ürəyim partlayır o yerləri görməkdən ötrü. Bilirəm ki, mənfur düşmən orada salamat yer qoymayıb, amma kəndimdən, evimdən nigaranam. İki mərtəbəli evim var idi, hər bir şəraitim orda gözəl idi. Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm, amma insult vurub məni, ona görə də borclu qaldım. Bu çox böyük tarixdir, buna görə cənab prezidentimizə minnətdaram”.
Bunu Moderator.az-a Xalq artisti, professor Arif Babayev deyib.
“Şöhrət” ordenli sənətkar bir müddət əvvəl insul keçirib, xəstəxanaya yerləşdirilmişdi. Xanəndə səhhətindən də söz açıb.
“Şükür Allaha, indi yaxşıyam. Yavaş-yavaş özümə gəlirəm. Çox sağ olsun Mehriba xanım, ömür boyu biz ona minnətdarıq. Ayaq üstə bizi saxlayan onun və cənab prezidentimizin diqqətidir. Onlara təşəkkürümü bildirirəm. Sənətkarı diqqət, qayğı yaşadır. Onların hər ikisi fəxr edilməli insandır. Xüsusi risk qurupuna daxil olduğum üçün koronovirusdan özümü çox ciddi qoruyuram. Gücüm ona çatır ki, evdən çölə çıxmayım. Bu da bir bəladır, özümüzü gərək gözləyək də. Allah bu bəlanı tezliklə üzərimizdən sovuşdursun” – deyə xanəndə bildirib. \\Moderator