De Byazi millidə sərt qanunlar tətbiq etdi

63

Millinin baş məşqçisi Canni De Byazi yeni nizam-intizam kodeksi tətbiq edib. Sportinfo.az-ın məlumatına görə, italyan çalışdırıcı böyük cərimələr müəyyənləşdirib.

Bu, adi məşqə gecikmədən tutmuş ta yersiz vərəqə almağa qədər hər şeyi əhatə edir. 65 yaşlı mütəxəssis komandadaxili iclasda bildirib ki, işdə qayda-qanun yaratmaq bir nömrəli məsələdir və belə olmasa, uğur gözləməyə dəyməz.

De Byazi kollektivlə mülayim rəftar etməyi xoşladığınıı deməklə yanaşı, sərt üzünün də olduğunu bildirib. Əlavə edib ki, o, məsuliyyətsiz, məşqlərə və məşqçilərə etinasıız yanaşan futbolçuları cəzalandırmağın yollarına bələddir.

Baş məşqçi iki dəfə intizamsız hərəkətlərə yol verən oyunçuları bir daha əfv etməyəcəyini söyləyib. Apenninli sükançı yoldaşlııq və rəsmi oyunlara böyük məbləğdə mükafat qoyulacağını, bunun güclü motivasiya yaradacağına inandığını vurğulayıb.