DÇ-2022: Millimizin oyunlarının təqvimi açıqlandı

264

DÇ-2022-nin seçmə mərhələsində A qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb. Canni De Byazinin başçılıq etdiyi kollektiv qrupda ilk matçını 2021-ci il martın 24-də səfərdə Portuqaliyaya qarşı keçirəcək.

2021-ci il

24 mart
20:45. Portuqaliya – Azərbaycan

27 mart
Qətər – Azərbaycan

30 mart
18:00. Azərbaycan – Serbiya

1 sentyabr
20:45. Lüksemburq – Azərbaycan

4 sentyabr
18:00. İrlandiya – Azərbaycan

7 sentyabr
18:00. Azərbaycan – Portuqaliya

9 oktyabr
18:00. Azərbaycan – İrlandiya

12 oktyabr
20:45. Serbiya – Azərbaycan

11 noyabr
18:00. Azərbaycan – Lüksemburq

14 noyabr
Azərbaycan – Qətər

Oyunların başlanma saatı mərkəzi Avropa vaxtı ilə göstərilib.

Qeyd edək ki, UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək. Bu yığmanın iştirakı ilə baş tutacaq ev oyunlarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.