Daxili və xarici uçuşların bərpası ilə bağlı AÇIQLAMA

66

Daxili uçuşların bərpası gündəmdədir. Bununla bağlı hava nəqliyyatında uçuşları tənzimləyən metodiki göstərişlər hazırlanıb, təqdim edilib.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, daxili uçuşlarda gəliş və gedişlərdə laborator analizlərin keçirilməsi məsələləri də daxil edilib:

“Bəzi müzakirəsi tamamlanmayan məsələlər qalıb. Bunlara da tez bir zamanda aydınlıq gələr. Beynəlxalq uçuşlara gəldikdə isə xarici hava nəqliyyatı qurumları məlumatı veriblər. Ölkəmizdə bununla bağlı müzakirələr gedir və biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik”./azvision.az/