540 manat oğurlayan qadın tutuldu

    3

    Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Yasamal rayon Polis İdarəsi 29-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki sağlamlıq mərkəzlərindən birindən 540 manat və sənədlər oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynəb Zeynalova tutulub.