Daxili işlər naziri də istefa verdi – Ermənistanda SİYASİ BÖHRAN

102

Ermənistanın polis rəisi (daxili işlər naziri-red) Arman Sarkisyan istefa verib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, polis rəisi işdən çıxmaqla bağlı prezident Armen Sarkisyana ərizə ilə müraciət edib.

Bu gün Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa verib.