“Daxili “bayrakdarlar” türk dronlarından da təhlükəlidir” – Ermənistanda təşviş fonunda siyasi çatlaq

195

“Bayraktar” təlaş və təşviş içərisində olan ermənilərin əfsanəvi kabusuna və siyasi termininə çevrilib

Hurriyyet.org xəbər verir ki, Ermənistan parlamentinin “Mənim addımım” blokundan olan deputat Andranik Koçaryan Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyanın açıqlamasından danışarkən deyib: “Görürəm ki, daxili həyatda başqa proseslər cərəyan edir. Söhbət Vazgen Manukyandan və onun tərəfdarları olan canlı “bayrakdarlar”dan gedir – bu gün onlar dronlardan da təhlükəlidirlər”.

Bəlli olduğu kimi, Ermənistanın keçmiş Baş naziri və Müdafiə naziri olmuş Vazgen Manukyan hökuməti istefa verməyə və hakimiyyəti orduya təhvil verməyə çağırmışdı. Manukyanın sözlərinə görə, indiki dövr “Ermənistan tarixinin ən rüsvayçı və dağıdıcı dövrlərindən biridir, indi təkcə Qarabağ yox, həm də Ermənistan, erməni millətinin gələcəyi də təhlükə altındadır”.