David Babayan: “Parad Türkiyə ilə Azərbaycanın geosiyasi planının dünyaya rəsmi təqdimatı idi”

582

“Bunlar bir növ Türkiyə ilə Azərbaycanın hazırladıqları geosiyasi planların “yol xəritəsidir”. Əminəm ki, bu planlar artıq çoxdan və dəqiqliklə hazırlanıb”

Hurriyyet.org xəbər verir ki, Xankəndində hələ də fəaliyyətdə olan separatçıların qondarma “prezidenti” Arayik Arutyunyanın özü kimi qondarma “müşaviri” David Babayan “NEWS.am” erməni saytına açıqlamasında Bakıda keçirilən zəfər paradı barəsində təəssüratlarını danışıb: “Türkiyə ilə Azərbaycan Bakıda keçirilən paradda öz geosiyasi iddialarının “yol xəritəsini” göstəriblər. Hər bir patriot üçün bu paradda baş verənləri görmək ağır sınaq idir. Lakin biz Türkiyə ilə Azərbaycanda baş verənləri diqqətlə izləməliyik. Parad faktiki olaraq, müəyyən geosiyasi planın anonsu, bunun dünyaya rəsmi təqdimatı oldu. Parad özlüyündə ilk türkçü tədbir oldu. 1918-ci ildən bəri ilk belə tədbir. Üstəlik, 1918-ci ildə türk ordusunun Bakıya daxil olmasına çox bənzər idi. Yeri gəlmişkən, Ərdoğan öz çıxışında Nuru paşa ilə Tələt paşanı da xatırlatdı”.

Babayan deyib: “Türkiyə NATO ölkəsidir. Paradda səhv eləmirəmsə, iki min nəfərdən artıq türk hərbçisi iştirak ediridi. Məncə, erməni diplomatiyası öz xarici həmkarları ilə birlikdə hökmən aydınlaşdırmalıdır ki, başqa NATO ölkələri buna razılıq veriblər, yoxsa yox? Bütün bunlar Türkiyənin təşəbbüsü olub, yoxsa bu addımlar razılaşdırılaraq atılıb? Bu suallara cavab ilk növbədə bizə lazımdır. Qarabağda birmənalı şəkildə problemin nədən ibarət olduğunu, bu çağırışıların nə demək olduğunu başa düşürlər. Bizim reaksiyamız da çox ciddi olmalıdır. Ərdoğan bəyan edir: “Ermənistan dərs götürməli və müvafiq addımlar atmalıdır.Hansı addımlar? Biz görürük ki, bizim bəsi siyasətçilərimiz qalib ölkə ilə “münasibətləri normallaşdırmaq” lazım gəldiyini söyləyirlər. Bununla da öz məğlubiyyətimizi etiraf eləməliyik. Bəs qalib ölkə nə istəyir? Münasibətləri hansı şərtlər daxilində normallaşdırmağa çalışır? Təəsəvvür edirəm. Bir nömrəli şərt – “soyqırımın” (dırnaq işarəsi bizimdir – red.) tanınmasından imtina. İki nömrəli şərt – Qarabağdan imtina. Aydındır ki, bir nömrəli şərtin arxasında Qərbi Ermənistan anlayışından imtina nəzərdə tutulur. Biz buna getməyə hazırıqmı? İstənilən addımımız ya dövlətçiliyimizi möhkəmləndirəcək, ya da birdəfəlik onu uçurumun kənarına itələyəcəkdir. Bu çağırışılara hazır olmaq mümkündürmü? Birmənalı şəkildə hə. Bunun üçün əsas var. İlk növbədə qardaş ölkələrlə, məsələn, Rusiya ilə münasibətlərimizi dərinləşdirmək və genişləndirmək. Lakin əgər biz yenidən demaqoqlara və yoldanötən siyasətçilərə qulaq assaq, dövlətçiliyimizi birdəfəlik itirə bilərik və bu, erməni xalqının öz ərazisindəki sonu olacaqdır. Ona görə də, parad və mesajlar çox mühümdürlər. Bunlar bir növ Türkiyə ilə Azərbaycanın hazırladıqları geosiyasi planların “yol xəritəsidir”. Əminəm ki, bu planlar artıq çoxdan və dəqiqliklə hazırlanıb”.