“Daşnaksütun” üzvü: “Müvəqqəti hökumət yaratmalıyıq”

336

Hurriyyet.org xəbər verir ki, erməni müxalifəti özünün müvəqqəti hökumətini qurmaq niyyətindədir.

Bu gün Ermənistanın on yeddi müxalifət partiyası “Milli Qurtuluş Komitəsini” yaratmaq yaratmaq qərarı verdiklərini bəyan edərək müvəqqəti hökuməti formalaşdırmağı tələb ediblər.

“Daşnaksütun” partiyasının üzvü olan İşhan Saqatelyan bu gün İrəvanın mərkəzindəki Azadlıq meydanındakı mitinqdə çıxış edərək deyib: “Bu gün biz Milli Qurtuluş Komitəsini yaradırıq. Nikol Paşinyan istefa verməli, bundan sonra biz müvəqqəti hökumət qurmalıyıq”.