Daşkəsəndə törədilmiş qətlin bəzi təfərrüatı məlum oldu

39

Daşkəsən rayonunun Əhmədli kəndində baş vermiş qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, axşam saatlarında rayonun Əhmədli kəndində 24 yaşlıElgün Eşlah qızı Abasova ata nənəsinin evində qətlə yetirilib. Azyaşlı övladı (oğlan) olan qadın əvvəllər ailəli olub. O, boşandıqdan sonra nənəsi ilə birgə yaşayıb.

Qadını qətlə yetirməkdə şübhəli bilinən 20 yaşlı qardaşı Elvin Elşah oğlu Abbasov bacısının başından odun parçası ilə vurub. Onun öldüyünü gördükdən sonra isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bacısını qətlə yetirdiyini bildirib.

Ailə kənddə fərdi təsərüfatla məşğul olub və bu günə qədər hər hansısa bir ciddi mübahisələri barədə eşidilmədiyi bildirilir.

Qeyd edək ki, qətlə yetirilən qadının atası Elşah Abbasov da polisə zəng vuraraq qızını öldürdüyünü bildirib. Lakin onun oğlunu qorumaq məqsədi ilə bu addımı atdığı güman edilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, Elvin Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.