Daşkəsəndə bıçaqlanma olub

57

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Astaf kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü Qasımov Razim Lətif oğlu sağ qolundan aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralıya lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R.Qasımov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə də məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

musavat.com