Daşkəsəndə 5 yaşlı uşağı avtomobil vurub

33

Daşkəsən rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə rayonun girişindəki bayraq meydanı ərazisində qeydə alınıb.

Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yusif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən “VAZ-21015” markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.